• Bakı 27° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Rusiya Xarkova aviasiya bombaları ilə hücum edib, onlarla insan xəsarət alıb

DÜNYA

24 Iyul 2025 | 14:43

Rusiya Xarkova aviasiya bombaları ilə hücum edib, onlarla insan xəsarət alıb

Rusiya Xarkova iki aviasiya bombası ilə zərbə endirib, bir zərbə yaşayış binasının yaxınlığına, ikincisi isə mülki müəssisəyə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

"Hazırkı məlumata görə, artıq onlarla yaralı var. Onlara yardım göstərilir. Rusiya şəhərə birbaşa iki aviasiya bombası ilə zərbə endirib. Bir zərbə yaşayış binasının yaxınlığına, ikincisi isə mülki müəssisəyə düşüb. Xilasedicilər yanğını söndürürlər", - V.Zelenski qeyd edib.

Ukrayna KİV-lərinin məlumatına görə, Rusiya tərəfindən Xarkova endirilən zərbələr nəticəsində 30-dan çox insan yaralanıb.

Ukrayna Prezidenti bu zərbələri "tamamilə mənasız", hər hansı hərbi məqsədi olmayan zərbələr adlandırıb.

"Bizə müdafiədə dəstək - güclü Hava Hücumundan Müdafiə (HHM) sistemi, silah istehsalının genişləndirilməsi lazımdır. Bütün bunlar həyatları qorumağa kömək edəcək. Tərəfdaşlarla qarşılıqlı əlaqəyə ümid edirik və artıq kömək etməyə hazır olan hər kəsə minnətdarıq", - o vurğulayıb.


SON XƏBƏRLƏR

25 Iyul 2025