• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Odessada gəmi partlayıb - ölənlər var

DÜNYA

24 Iyul 2025 | 16:02

Odessada gəmi partlayıb - ölənlər var

Ukraynanın Odessa vilayətində dibdərinləşdirən gəmi minaya düşüb, üç nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ukrayna Dəniz Limanları İdarəsi" məlumat yayıb.

Hadisə iyulun 23-də axşam saatlarında baş verib.

"Gəmi 11 nəfərlik heyətlə "Bıstroe" mənsəbində planlı dibdərinləşdirmə işləri aparmaq üçün orada idi. Partlayış nəticəsində üç nəfər həlak olub. Heyətin digər üzvləri hazırda xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir", - məlumatda bildirilib.

Hadisə yerində müvafiq xidmətlər işləyir. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mənsəb vasitəsilə keçid müvəqqəti olaraq bağlanıb, gəmilər Sulin kanalı vasitəsilə yönləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026