Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qızı Saida Mirziyoyevaya vəzifə verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.
Bildirilib ki, dövlət başçısı Prezident Administrasiyasının rəhbəri vəzifəsini bərpa edib və bu vəzifəyə böyük qızı Saidanı təyin edib.
Qeyd edək ki, Özbəkistan Prezident Administrasiyasının rəhbəri vəzifəsi 2023-cü ilin avqustunda Mirziyoyevin Fərmanı ilə ləğv edilmişdi.
41 yaşlı S. Mirziyoyeva buna qədər (2023-cü ilin avqustundan - red.) Özbəkistan prezidentinin köməkçisi vəzifəsini icra edirdi.