• Bakı 19° C

    11.59 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Bakıda yaşayış binasında yanğın söndürülüb - VİDEO + YENİLƏNİB

HADİSƏ

25 May 2025 | 20:18

Bakıda yaşayış binasında yanğın söndürülüb - VİDEO + YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98kv.m. olan mənzilin eyvanı 15 kv.m. sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40kv.m. olan mənzilin artırması 30kv.m. sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

 

***19:02

Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasında söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, yanğın qısa müddətdə söndürülüb.

 

***18:33

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində qeydə alınıb.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.


    SON XƏBƏRLƏR

    24 May 2025