• Bakı 14° C

    1.94 m/s

“Fənərbaxça” ÇEMPİON

İDMAN

26 May 2025 | 00:14 | Müəllif: Subhan Mahmudov

“Fənərbaxça” ÇEMPİON

BƏƏ-nin paytaxtı Əbu-Dabidə Avropa Liqasının "Dördlər Finalı" turniri çərçivəsində "Monako" və "Fənərbağça" arasında birinci yer uğrunda matç keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüş 81:70 (18:20, 17:13, 19:18, 27:19) hesabı ilə İstanbul komandasının xeyrinə başa çatıb.

Beləliklə, türk klubu Avropa Liqasının qalibi olub, Monako komandası isə gümüş medal qazanıb.

"Fənərbağça"nın heyətində ən məhsuldar oyunçu amerikalı forvard Naygel Heys olub. O, 23 xal toplamağı, doqquz ribaund etməyi və bir dəqiq ötürmə verməyi bacarıb.

"Monako"nun heyətində ən məhsuldar oyunçu amerikalı forvard Alfa Diallo oldu. Amerikalı 19 xal toplayıb, üç ribaund edib və iki ötürmə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR