Almaniya təmsilçisi "Kayzerslautern"a transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubunda çatmaq istədiyi hədəflərinin olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, 27 yaşlı futbolçu barədə klubun rəsmi saytına açıqlamasında söyləyib.
"Kayzerslautern" böyük kollektivdir. Almaniya karyerama başlamazdan əvvəl bu komandanı tanıyrdım. Ötən mövsüm "Nürnberq"in heyətində çıxış edərkən "Kayzerslautern" stadionun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Mənə göstərilən etimadı meydanda göstərmək üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm", - deyə M.Emreli deyib.