• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Daha bir cüdoçumuz fəxri kürsüdə

İDMAN

24 Iyul 2025 | 21:50

Daha bir cüdoçumuz fəxri kürsüdə

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan milli komandası daha bir medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Məhəmməd Ağakişiyev (73 kq) uğurlu çıxışı ilə fərqlənib.

Cüdoçumuz bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Aleynikova qızıl xalla qalib gələrək fəxri kürsüdə yer almağı bacarıb.

Qeyd edək ki, EYOF-2025-də daha əvvəl Azərbaycan cüdoçularından Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq) qızıl, Nuranə Hacızadə (48 kq), Zeyd Ələsgərov (60 kq) gümüş və Aysun Məmmədova (52 kq) bürünc medal qazanıb. 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik yığmamız ümumi komanda hesabında liderliyini qoruyur.


SON XƏBƏRLƏR

25 Iyul 2025