• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"Səbail"dən ayrılıb Xorvatiya klubuna keçdi

İDMAN

24 Iyul 2025 | 17:16

"Səbail"dən ayrılıb Xorvatiya klubuna keçdi

Azərbaycanlı futbolçu Rüfət Abdulluzadə Xorvatiyanın “Varajdin” kollektivində çıxış edəcək.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik rəsmi müqavilə imzalanıb.

O, son mövsümü "Səbail"in heyətində keçirib.

Futbolçu yeni komandasına keçidi ilə bağlı açıqlama verib.

"Varajdin”ə qoşulduğum üçün şadam. Bu, karyeramda mühüm addımdır və kollektivə öz töhfəmi vermək üçün motivasiyam yüksəkdir. Xorvatiya barədə təəssüratlarım yüksəkdir. İnanıram ki, "Varajdin" sayəsində futbolçu kimi daha da irəli gedəcəyəm. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm", - deyə R.Abdullazadə bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026