"Araz-Naxçıvan" bu gün avrokuboklarda mübarizəyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan "Aris"i ilə qarşılaşıb.
"Dalğa Arena"da keçirilən görüş "qırmızı-ağlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edib.
Bu komandalar arasında cavab görüşü isə iyulun 31-də Yunanıstanda oynanılacaq və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün üstünü ilə üz-üzə gələcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) - 2:1
Qollar: Loren Moron, 66 (0:1), Felipe Santos, 75 (1:1), Patrik Andrade, 78 (2:1)
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (Rumıniya)
"Dalğa Arena"