• Bakı 22° C

    11.94 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Azərbaycanın Müstəqillik Günü İzmirdə qeyd olundu - FOTOLAR 

CƏMİYYƏT

25 May 2025 | 12:30

Azərbaycanın Müstəqillik Günü İzmirdə qeyd olundu - FOTOLAR 

İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Dərnəyi, 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün münasibətilə xüsusi tədbir təşkil edib.

Bakıvaxtı.az-ın məlumatına görə,  İzmir Polis Evi'ndə qadınların iştirakı ilə təşkil olunan səhər yeməyi masasında baş tutub.

Dərnəyin sədri Cəvahir Əhmədova çıxış edərək, 1918-ci ilin 28 may tarixində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını hörmətlə yad etdiklərini bildirib. O bu günün Azərbaycan xalqının tarixində əhəmiyyətli yer tutduğunu vurğulayıb.

 "Respublikamızın banilərini böyük ehtiramla xatırlayırıq. Onların mübarizəsi sayəsində bu gün azad, müstəqil bir Azərbaycanımız var," – deyə Cəvahir Əhmədova qeyd edib.

Tədbir iştirakçıları birlik, vətən sevgisi və milli dəyərlərin qorunmasının vacibliyindən danışaraq, belə tədbirlərin cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəyliyin güclənməsinə töhfə verdiyini vurğulayıblar.

Azərbaycan Qadınları Mədəniyyət Dərnəyi, İzmirdə yaşayan soydaşlarımızın milli kimlik və mədəniyyətlərini yaşatmaq üçün mütəmadi olaraq tədbirlər təşkil edir.

Nərgiz Məmmədli 


SON XƏBƏRLƏR

24 May 2025