• Bakı 21° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

CƏMİYYƏT

24 Iyun 2025 | 12:28

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər. Beləliklə, bu sıraya məktəbdənkənar təhsil müəssisələri əlavə edilir.

“Məktəbəqədər təhsil haqqında” qanuna da anoloji dəyişiklik təklif olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR