Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1954-cü il təvəllüdlü Məmmədov Vaqif Heydər oğlu su mühərrikinin təmiri zamanı əlinin mühərrikdə sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən V.Məmmədovun sıxılı vəziyyətdə qalmış əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.