• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Vyetnamda gəmi qəzası - 10 nəfər itkin düşdü

DÜNYA

26 May 2025 | 09:02

Vyetnamda gəmi qəzası - 10 nəfər itkin düşdü

Vyetnamda kömür daşıyan yük gəmisinin qəzaya uğraması nəticəsində 10 nəfər itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "VnExpress" xəbər portalı məlumat yayıb.

Məlumata görə, təxminən 5 min ton kömür daşıyan gəmi texniki nasazlıq səbəbindən mərkəzi Kuanqbin əyalətində yerləşən Vunqanq limanına yaxınlaşarkən qəzaya uğrayıb.

Gəmidə olan 11 ekipaj üzvündən yalnız biri xilasedicilər tərəfindən xilas edilib, qalan 10 nəfərin taleyi hələ də naməlumdur.

Qəza baş verən ərazidə hazırda əlverişsiz hava şəraiti hökm sürür ki, bu da axtarış-xilasetmə işlərini çətinləşdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR