İsrail Ordusunun gecə saatlarında həyata keçirdiyi hava zərbələri nəticəsində Qəzza zolağında azı 21 nəfər həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyası Qəzza şəhərinin şimalında yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulan çadır düşərgəsinə, eləcə də şəhərin mərkəzi hissələrinə aviazərbələr endirib.