• Bakı 16° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

İDMAN

26 Aprel 2025 | 15:03

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının  (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də dəvət olunub.

Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib.  Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.


SON XƏBƏRLƏR