Bədii gimnastika üzrə milli komandamızın üzvü, Avropa çempionatının bürünc, gənclər arasında Dünya çempionatının gümüş və bürünc medalçısı Arzu Cəlilova peşəkar idman karyerasını başa vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat yayıb.
A.Cəlilova Milli Gimnastika Arenasında baş tutan yarış zamanı gimnast kimi son çıxışı ilə idman karyerasına vida edib.
Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fatimə Şəfizadə Arzu Cəlilovanı Azərbaycan gimnastikasının inkişafına verdiyi töhfələrə görə təltif edib.