• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Britaniyalı səyyah: Azərbaycanda bunu görmək kədərlidir

CƏMİYYƏT

26 Aprel 2025 | 16:53 | Müəllif: Subhan Mahmudov

Britaniyalı səyyah: Azərbaycanda bunu görmək kədərlidir

Azərbaycanda geniş bir ərazinin minalarla çirkləndirildiyini görmək kədərlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Böyük Britaniyadan olan səyyah Avi Rosenfeld danışıb.

Səyyah bildirib ki, Azərbaycan hökumətinin minalanmış ərazilərdə həyata keçirdiyi təmizləmə prosesi təqdirəlayiqdir:

“Bu, mənim minalanmış əraziyə ilk gəlişimdir. Qarabağda bəzi yerlərə maşınla getdik və həmin ərazilərdə basdırılmış minaları gördük. Düşünürəm ki, Azərbaycan hökumətinin minalanmış ərazilərin təmizlənməsi istiqamətində çox yaxşı bir proses icra edir”.

A.Rosenfeld minatəmizləmə prosesindən təsirləndiyini vurğulayıb:

“Minatəmizləyənlər bizə ərazini necə təmizlədiklərini izah etdilər və bildirdilər ki, bu əraziləri tamamilə təmizləmək çox uzun müddət çəkə bilər. Bunu eşitmək və bu qədər ərazinin minalarla çirkləndirildiyini görmək olduqca kədərlidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026