• Bakı 26° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Şirvan sakinlərinin nəzərinə: Sabah...

CƏMİYYƏT

26 May 2025 | 16:43

Şirvan sakinlərinin nəzərinə: Sabah...

Sabah Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Şirvan "əhali" ölçü qovşağından təbii qazla təmin edilən diametri 315 mm PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı aparılacaq.

Bu məqsədlə iyunun 27-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin Bağçılıq massivi, Məcburi köçkünlər qəsəbəsi, M.Rəsulzadə, 28 may, F.Xoyski, Ç.Mustafayev, Ş.İ.Xətai, M.Müşviq, Şəhriyar, N.Tusi, Ə.Kürçaylı, Bülbül, Ü.Hacıbəyov, Heyranxanım, S.Bəhlulzadə küçələrində, eyni zamanda 8 qeyri-yaşayış sahəsində (ümumi 2 508 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025