"Əgər yemək yedikdən 1-2 saat sonra insan özündə narahatlıq hiss edirsə, bu, zəhərlənmə ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onuin sözlərinə görə, ürəkbulanma, ishal, halsızlıq, başgicəllənmə kimi əlamətlər zəhərlənməyə işarədir.
Qastroenteroloq bildirib ki, bu zaman yaşa uyğun olaraq aktivləşmiş kömür istifadə etmək, bol maye qəbul etmək lazımdır.
"Həmçinin mütləq geciknmədən təcili yardıma müraciət olunmalıdır", - deyə Emin Məmmədov əlavə edib.
Mina Mikayılova