• Bakı 17° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

İtkin düşən qızları taksi sürücüsü gizlədib  - YENİLƏNİB

HADİSƏ

26 Aprel 2025 | 21:41

İtkin düşən qızları taksi sürücüsü gizlədib  - YENİLƏNİB

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumatda həmçinin araşdırmanın DİN-in nəzarətinə götürüldüyü bildirilib.

    ***

    20:53

    Bakının Maştağa qəsəbəsində itkin düşən iki qız tapılıb.

    DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Bakıvaxtı.az-a bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. 

    Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.


    SON XƏBƏRLƏR

    26 Aprel 2025