• Bakı 17° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

İstanbuldakı zəlzələdən sonra yoxlanılan binaların SAYI

DÜNYA

26 Aprel 2025 | 22:12

İstanbuldakı zəlzələdən sonra yoxlanılan binaların SAYI

Aprelin 23-də İstanbulda baş vermiş zəlzələdən sonra şəhərin 39 rayonuna dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində indiyədək 8 367 bina yoxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum "X" də yazıb.

Nazir bildirib ki, bu binalardan 7 113-də dağıntl və ya xəsarət olmayıb. 437 bina isə qismən zədələlənib.

Bildirilib ki, yoxlamalar başa çatandan sonra zəruri tədbirlər görüləcək.

Nazir ən çox İstanbulun Bahçelievler, Bağcılar, Esenler, Avcılar və Küçükçekmece rayonlarından müraciətin daxil olduğunu deyib.

Qeyd edək ki, şəhərdə afterşokların davam etməsi səbəbindən əhalinin müəyyən hissəsi hələ də evlərinə daxil olmağa çəkinir.


SON XƏBƏRLƏR

26 Aprel 2025