Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az Unikal-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
2000-ci il təvəllüdlü E.İsayev ayağındakı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə yardım edilib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Fakt araşdırılır.