• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bir ayın əsgəri iynədən şoka düşüb öldü - FOTO

HADİSƏ

26 May 2025 | 14:18

Bir ayın əsgəri iynədən şoka düşüb öldü - FOTO

Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.

Bakıvaxtı.az-ın Bakupost.az -a istinadla əldə etdiyi məlumata görə, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra - mayın 10-da dünyasını dəyişib.

İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.


Bir ayın əsgəri iynədən şoka düşüb öldü - FOTOBir ayın əsgəri iynədən şoka düşüb öldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026