• Bakı 24° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Suraxanıda əməliyyat - saxlanılanlar var

HADİSƏ

25 Iyun 2025 | 11:22

Suraxanıda əməliyyat - saxlanılanlar var

Suraxanı rayonunda keçirilən əməliyyatda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin 3 üzvü - 48 yaşlı Natiq İbadov, 38 yaşlı Tural Ələkbərov və əvvəllər məhkum olunmuş 49 yaşlı Xəqani Bayramov saxlanılıblar. Onlardan 8 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətlərində olduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR