• Bakı 32° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Şəkidə güclü YANĞIN - YENİLƏNİB

HADİSƏ

25 Iyul 2025 | 09:10

Şəkidə güclü YANĞIN - YENİLƏNİB

Şəki şəhərinin Aşağı Göynük kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 9 ton ot bağlaması və 200 kiloqram taxıl yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, taxılın və ot bağlamalarının qalan hissəsi, bitişik tikili yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ***

    09:04

    Şəkidə yanğın olub.

    Bakıvaxtı.az xəbər verir ki, gecə saatlarında rayonun Baş Göynük kəndində, kənd sakini Zaməddin Xəlpətovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində yanğın olub.

      Yanğın nəticəsində tövlənin dam örtüyünün yanar konstruksiyaları, tövlənin çardağında olan 10 tondan yuxarı quru ot bağlaması, tövlənin içərisinə yığılmış taxıl, 30 baş ev quşu və tövləyə bitişik yardımçı tikili yanıb.

      Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb olunub.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      25 Iyul 2025