Ağsuda ilan sancması qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Curuxlu kəndində baş verib.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Eyyubov Emin Heybet oğlunu ilan sancıb.
Təcili olaraq Rayon Mərkəzi Xəstəxanasına çatdırılan kənd sakininin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.