• Bakı 25° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

 Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib

HADİSƏ

25 Iyun 2025 | 10:06

 Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib

Bu gün Yasamal rayonu ərazisində, Bakı Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat alıb.

Bildirilib ki, hadisə nəticəsində “Biləcəri” dairəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.

Qeyd edilib ki, qəzanın nəticələrinin aradan qaldırılması və nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən ərazidə zəruri tədbirlər görülür.

Sürücülərə həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları və mümkün olduqda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Əli Hüseynov


SON XƏBƏRLƏR