• Bakı 25° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Balakəndə AĞIR QƏZA - 2 ÖLÜ - YENİLƏNİB

HADİSƏ

24 Iyul 2025 | 14:00

Balakəndə AĞIR QƏZA - 2 ÖLÜ - YENİLƏNİB

Balakəndə baş verən qəzada ölən və xəsarət alanın kimliyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində Balakən rayonunun Qullar kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq piyada, 1993-cü il təvəllüdlü Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

13:04

Balakəndə ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qullar kəndi ərazisində baş verib. “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir qapıya və hazırda fəaliyyət göstərməyən dükana çırpılıb.

    İlkin məlumata görə, qəzada iki nəfər ölüb.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR