• Bakı 17° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

"Kəpəz" öz meydanında məğlub oldu

İDMAN

26 Aprel 2025 | 21:10

Kəpəz öz meydanında məğlub oldu

Misli Premyer Liqasının XXXII turunda “Zirə” səfərdə “Kəpəz”i məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Artıq ilk "üçlük"dəki yerini təmin etmiş "Zirə" bu nəticədən sonra 64 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Qeyd edək ki, turun daha əvvəl baş tutan “Turan Tovuz” - “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. Tura aprelin 28-də yekun vurulacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2025