• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daha iki komanda Bakıdakı mundialın 1/8 finalına vəsiqə qazandı

İDMAN

26 May 2025 | 17:45

Daha iki komanda Bakıdakı mundialın 1/8 finalına vəsiqə qazandı

Daha iki komanda Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Bosniya və Herseqovina ilə Polşa millisi bu raundda iştirak hüququ əldə ediblər.

Tərəflər F qrupunun III turunda üz-üzə gəliblər. Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Xallarının sayını 5-ə çatdıran hər iki komanda növbəti raunda yüksəlib.

F qrupunun Qazaxıstan - ABŞ matçı saat 20:45-də başlayacaq. Hər iki kollektivin 1 xalı var.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026