Şimali Koreya hərbçiləri 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə uyğun olaraq Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirak ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
Diplomat iki ölkə arasında müttəfiqlik münasibətlərinin yüksək səviyyəsini KXDR-ə dəstəyin nümayiş etdirdiyini vurğulayıb.
Diplomat həmçinin Rusiya-Şimali Koreya əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib:
"Koreya hərbçiləri 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq Kursk sərhəd bölgəsinin azad edilməsi əməliyyatında iştirak ediblər. Koreyalı dostlarımızın göstərdiyi həmrəylik əlaqələrimizin yüksək, praktiki müttəfiqlik səviyyəsinin təzahürüdür. Əminik ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək".