• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İnsanları ölkədən qaçıran ukraynalı deputat saxlanıldı

DÜNYA

26 May 2025 | 22:51 | Müəllif: Subhan Mahmudov

İnsanları ölkədən qaçıran ukraynalı deputat saxlanıldı

Ukraynada hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk etmək istəyən vətəndaşlara kömək etməkdə şübhəli bilinən Zakarpatya Regional Şurasının deputatı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosunun mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

"Xidmətin" qiyməti adambaşına 10 min avro təşkil edib. Bundan əlavə, deputat "müştəri"nin Kiyevdən sərhədə çatdırılmasını, lazım gələrsə, Ukraynaya daxil olmasını da təklif edib. Şəxslər 20 min avro aldıqdan sonra cinayət başında yaxalanıb.

Qeyd olunur ki, deputatın Ukrayna sərhəd xidmətində əlaqələri olan şəriki olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026