• Bakı 21° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Zelenski ilə Trampın 40 dəqiqəlik görüşü - Nə danışıblar?

DÜNYA

25 Iyun 2025 | 20:10

Zelenski ilə Trampın 40 dəqiqəlik görüşü - Nə danışıblar?

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində Ukraynada atəşkəs rejimini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski Teleqram kanalında yazıb.

“Prezident Trampla uzun və mənalı görüş. Biz bütün həqiqətən vacib məsələləri əhatə etdik. Cənab Prezidentə, ABŞ-yə təşəkkür edirəm. Biz atəşkəs və real sülhə necə nail olmaq barədə danışdıq”, - Zelenski qeyd edib.

O əlavə edib ki, görüşün təfərrüatları daha sonra açıqlanacaq.

Qeyd edək ki, görüşün 40 dəqiqə davam etdiyi bildirilir.

 


SON XƏBƏRLƏR

25 Iyun 2025