Ermənistan ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca öz sərhədçilərinin iştirakını artırmağı planlaşdırır.
Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sərhədçilər Gününə həsr olunmuş tədbirdə bildirib.
"Bizim siyasətimiz Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca sərhədçilərin mövcudluğunu daha da artırmaqdır. Bu, davamlı və institusional sülhə, sabitliyə doğru gedən yolda vacib aralıq addımdır", - N.Paşinyan bildirib.