• Bakı 19° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Qəzza Humanitar Yardım Fondu bölgəyə yardım çatdıracaq

DÜNYA

26 May 2025 | 10:25

Qəzza Humanitar Yardım Fondu bölgəyə yardım çatdıracaq

ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Yardım Fondu (GHF) mayın 26-da Fələstin anklavına yardım çatdırmağa başlayacaq və həftə sonuna qədər 1 milyon insanı əhatə etməyi planlaşdırır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

"Yük maşınlarımız yüklənib və göndərilməyə hazırdır. Mayın 26-dan başlayaraq GHF Qəzzaya birbaşa yardımın çatdırılmasına başlayacaq ki, bu da həftənin sonuna qədər 1 milyondan çox fələstinlini əhatə edəcək. Biz növbəti həftələrdə Qəzzanın bütün əhalisinə yardım göstərməyə başlamaq üçün fəaliyyətimizi sürətlə genişləndirməyi planlaşdırırıq", - GHF öz bəyanatında qeyd edib.

Həmçinin fond onun yaradılmasına qarşı çıxanları tənqid edərək, onları həll olunmayan problemlərin yaradıcı həllinə mane olmaqda ittiham edib.


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025