ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını pozmaqda ittiham olunurlar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “nv.ua” nəşri məlumat yayıb.
Bildirilib ki, Vatikan dəfn mərasimi üçün tünd rəng kostyum, qalstukdan ibarət geyim kodu müəyyən edib.
Lakin Zelenski qalstuksuz, Tramp mavi kostyum və mavi qalstukda gəlib. Bayden də mavi qalstuk taxıb.
O da qeyd olunur ki, Tramp və xanımı Melaniya vida mərasimindən dərhal sonra dəfnin bitməsini gözləmədən mərasimi tərk ediblər.