• Bakı 27° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

İran prezidenti: Sanksiyalar tətbiq edilsə, acından ölməyəcəyik

DÜNYA

26 May 2025 | 17:05

İran prezidenti: Sanksiyalar tətbiq edilsə, acından ölməyəcəyik

İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən mərasimdəki çıxışında ölkəsinin ABŞ ilə davam edən danışıqlar prosesini dəyərləndirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Ölkədəki əsl problemin ədalət və ləyaqət olduğunu qeyd edən Pezeşkian bildirib: 

“Bu gün bəziləri Amerikanın bizimlə razılaşacağına təəccüblənirlər, amma əgər biz ölkədə razılaşsaq, ədalətə və insanların ləyaqətinə əsaslanaraq ixtisaslı insanların iş tapmasına imkan versək, heç kimə ehtiyacımız olmayacaq”. 

İran prezidenti ABŞ-ylə danışıqlar prosesinin uğursuzluğa düçar olması ehtimalına toxunaraq deyib: 

"Biz problemləri həll edə biləcəyimizə inanmalıyıq. Əgər onlar bizimlə danışıqlar aparmasalar və sanksiyalar tətbiq etməsələr, biz aclıqdan ölməyəcəyik". 

Əli Hüseynov


SON XƏBƏRLƏR

01 Iyun 2025