• Bakı 23° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Ben Qurion Universitetinin 6 tədqiqat laboratoriyası dağıdılıb

DÜNYA

25 Iyun 2025 | 15:08

Ben Qurion Universitetinin 6 tədqiqat laboratoriyası dağıdılıb

İranın hücumları nəticəsində İsrailin Ben Qurion Universitetinə məxsus 6 tədqiqat laboratoriyası tamamilə dağıdılıb, daha 9-na isə ziyan dəyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Times of İsrael” qəzeti Ben Qurion Universitetinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, universitet dəyən ziyanı heablamaqla məşğuldur.

Biologiya və tibb sahəsində bir neçə il ərzində üzərində işlənən layihələr vurulan laboratoriyalarda məhv olub.

Bundan başqa universitetin 50 işçisinin və 48 tələbəsinin evinə maddi ziyan dəyib.


SON XƏBƏRLƏR