• Bakı 15° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Zelim Kotsoyev gümüş medal qazandı 

İDMAN

26 Aprel 2025 | 19:20

Zelim Kotsoyev gümüş medal qazandı 

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı İlia Sulamanidze ilə qarşılaşıb.

Z.Kotsoyev "Paris-2024" Yay Olimpiya Oyunlarının həlledici görüşündə qalib gəldiyi rəqibinə bu dəfə məğlub olaraq, ikinci yerlə kifayətlənib.

Azərbaycanın digər cüdoçusu Uşanqi Kokauri (+100 kiloqram) bürünc medal uğrunda almaniyalı Erik Abramovla qarşılaşacaq.

Qadın cüdoçu Nigar Süleymanova isə (+78 kiloqram) ilk görüşdə gürcüstanlı Sofia Somkxişviliyə uduzub.

Daha əvvəl Əhməd Yusifov (60 kiloqram), Rəşid Məmmədəliyev (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2025