• Bakı 17° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

İran XİN rəhbəri ABŞ ilə danışıqlardan məmnun olduğunu bildirib

DÜNYA

26 Aprel 2025 | 21:13

İran XİN rəhbəri ABŞ ilə danışıqlardan məmnun olduğunu bildirib

İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ ilə aparılan danışıqların gedişindən razı qaldığını bildirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasında jurnalistlərlə söhbətində bildirib.

"Biz danışıqların gedişindən razıyıq. Hər iki tərəf ciddidir. Razılaşmanın əldə olunmasına nikbin baxıram, amma ehtiyatla", - o qeyd edib.

Bununla belə, Əraqçı deyib ki, müəyyən fikir ayrılıqlarına görə tərəflər daxildə əlavə məsləhətləşmələr aparmalıdırlar: “Danışıqların üçüncü raundu əvvəlkilərdən daha ciddi oldu, biz tədricən texniki detalları araşdırırıq”.

Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ekspertləri dialoqun növbəti raunduna qoşula bilərlər.

"İndi biz tədricən ümumi məsələlərdən kənara çıxırıq və təfərrüatlara keçirik. Düşünürəm ki, növbəti görüşdə AEBA-nın ekspertləri də bizə qoşulacaq", - XİN başçısı vurğulayıb.


SON XƏBƏRLƏR

26 Aprel 2025