• Bakı 16° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Pezeşkian Rəcai limanındakı partlayışla bağlı göstəriş verdi

DÜNYA

26 Aprel 2025 | 18:36

Pezeşkian Rəcai limanındakı partlayışla bağlı göstəriş verdi

İran prezidenti Məsud Pezeşkian Rəcai limanındakı partlayışı və insidentin səbəblərini araşdırmaq üçün göstəriş verib. 

Bakıvaxtı.az xəbər verir ki, İran lideri bu barədə X sosial şəbəkəsində paylaşım edib. 

Onun sözlərinə görə, daxili işlər naziri Eskandar Momeni partlayışı yaxından araşdırmaq, lazımi koordinasiyanı həyata keçirmək və yaralıların vəziyyətini öyrənmək üçün xüsusi nümayəndə kimi bölgəyə göndərilib.

Momeni ilə yanaşı, yollar və şəhərsalma naziri Fərzaneh Sadeq də Rəcai hadisəsinin vəziyyətini araşdırmaq üçün Bəndər Abbasa səfər edib./Unikal


SON XƏBƏRLƏR

26 Aprel 2025