Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən forumdakı çıxışında Bakı-İrəvan xəttində imzalanması planlaşdırılan sülh sazişini dəyərləndirib.
Bakıvaxtı.az bu barədə erməni mətbautına istinadən xəbər verir.
Paşinyan sülh müqaviləsinin Konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmalı olduğunu vurğulayıb və əlavə edib :
"Mənim şəxsi fikrim budur ki, konstitusiya dəyişikliklərinə başlanılmalıdır. Çünki bu sülh prosesi və razılaşma əldən buraxılmamalıdır. Biz davamlı və davamlı sülhə nail olmaq üçün cəmiyyətimizi bu dəyişikliklərə inandırmağa çalışacağıq".
Əli Hüseynov