• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Rusiyanın Helsinkidəki səfiri XİN-ə çağırıldı

DÜNYA

26 May 2025 | 16:34 | Müəllif: Gülşən Şərif

Rusiyanın Helsinkidəki səfiri XİN-ə çağırıldı

Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovu iki rus hərbi təyyarəsinin Porvoo sahillərində ölkənin hava məkanını pozmasından sonra nazirliyə çağırıb.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı Finlandiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, səlahiyyətlilər iki rus hərbi təyyarəsinin Porvoo sahillərində ölkənin hava məkanını pozduğuna qərar verib.

Xarici İşlər Nazirliyi Rusiyanın Helsinkidəki səfiri Kuznetsovu hadisə ilə bağlı sorğu-sual etmək üçün çağırıb.

Finlandiyanın müdafiə naziri Antti Edvard Hakkanen hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR