• Bakı 17° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Türkiyədə zəlzələdən sonra çadırda qalan qadınlar GÜLLƏLƏNDİ

CƏMİYYƏT

26 Aprel 2025 | 20:12

Türkiyədə zəlzələdən sonra çadırda qalan qadınlar GÜLLƏLƏNDİ

Türkiyədə zəlzələ səbəbilə küçədə yaşayan qadınlar güllələnib.

Bakıvaxtı.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Esenyurt qəsəbəsində Mehterçeşme məhəlləsindəki Qazilər parkında baş verib.

6.2 ballıq zəlzələdən sonra Pınar Bakırcı anası və 3 uşağı ilə birgə parkda qurduqları çadırda qalıblar. Onların yanına gələn keçmiş əri Turqut Bakırcı ilə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Turqut üzərindəki odlu silahla Pınarı və baldızı Arzu Kaygusuzu güllələyib.

Hadisədən sonra Turqut Bakırcı qaçmaq istəyərkən digər çadırlarda qalan insanlar tərəfindən saxlanılaraq, gələn polislərə təhvil verilib. Yaralı qadınlar isə xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR

26 Aprel 2025