• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

AQTA qurbağa əti ilə bağlı məlumat yaydı

CƏMİYYƏT

26 May 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

AQTA qurbağa əti ilə bağlı məlumat yaydı

Qurbağa əti dünyanın müxtəlif ölkələrində istehlak olunan qida məhsullarından biridir. Fransa, Çin, Tailand, Vyetnam, Meksika kimi ölkələrdə qurbağa əti geniş istehlak olunur.

Qida Təhlükəsizliyi Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda ölkəmizdə istehsal olunan qurbağa ayaqları Avropa bazarına, xüsusilə İtaliya və Fransaya ixrac olunur.

Bu məhsullar Avropa Birliyinin qida təhlükəsizliyi və gigiyena standartlarına cavab verdiyi üçün ixrac prosesi davamlı şəkildə həyata keçirilməkdədir. Həmin məhsullar isə Salyan rayonu, Şorsulu kəndində "AZARIFROG" MMC və Masallı rayonu, Qızılağac kəndində "Az Fish and Frog" MMC qurbağa emalı müəssisələrində yetişdirilir.

Son günlər media səhifələrində paytaxtın bəzi restoranlarında təklif edilən qurbağa məhsulları ilə bağlı "dırnaqarası ekspertlər" tərəfindən səsləndirilən əsassız iddialara gəldikdə isə bildirilir ki, istənilən qida məhsulunun saxlanma şəraitinə və emal qaydalarına əməl olunmadıqda tərkibində mikroorqanizmlər inkişaf edə bilər. Qeyd olunan prinsiplər yalnız qurbağa ətinə deyil, bütün qida məhsullarına aiddir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026