Roma Papası Böyük Məryəm Ana kilsəsində dəfn olunub.
Bakıvaxtı.az xəbər verir ki, tədbiri 250 min nəfər canı olaraq izləyib.
Məlumata görə, növbəti Roma Papasının seçkisi 5-10 may tarixləri arasında keçiriləcək.
***16:03
Vatikanda Papa Fransisklə vida mərasimi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, tədbiri 250 min nəfər canı olaraq izləyib.
***12:01
Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi keçirilir.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Mərasimə dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.
Mərasimdə ümumilikdə təxminən 140 min insanın iştirak etdiyi bildirilir.
Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü.