• Bakı 27° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Trampın ittihamlarına cavab gəldi – Kreml Putini müdafiə etdi

DÜNYA

26 May 2025 | 14:26

Trampın ittihamlarına cavab gəldi – Kreml Putini müdafiə etdi

Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın BBC-yə verdiyi müsahibədə Putini “ağlını itirmiş” şəxs kimi təqdim etməsinə münasibət bildirib.

Peskov bu ifadələri “emosional yüklənmənin nəticəsi” adlandırıb və Trampın Rusiya ilə Ukrayna arasında danışıqların bərpasına göstərdiyi səylərə görə təşəkkür edib.

“Bu, olduqca məsuliyyətli bir məqamdır. Emosional reaksiyalar hər kəsdə baş verir. Biz bütün reaksiyaları diqqətlə izləyirik. Bununla belə, Prezident Putin ölkəmizin təhlükəsizliyini təmin etmək üçün zəruri olan qərarları qəbul edir,” – deyə Peskov vurğulayıb.


SON XƏBƏRLƏR

01 Sentyabr 2025