Yaponiyada zəlzələ olub.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Hokkaydo prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.
Bildirilib ki, yerli vaxtla saat 17:47-də 50 kilometr dərinlikdə baş verən zəlzələnin episentri Hokkaydo prefekturasının Urakava şəhəri olub.
Zəlzələ səbəbindən sunami riskinin olmadığı açıqlanıb.
Mina Mikayılova















