Dünən Rusiya ərazisində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, PUA-lardan 27-si Kursk, 16-sı Belqorod, biri Rostov, biri isə Lipetsk vilayəti ərazisi üzərində vurulub.
Qeyd edək ki, son aylar Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə PUA-larla intensiv hücumlar təşkil etdiyi müşahidə olunur. Bu hücumlar əsasən sərhədə yaxın ərazilərdə yerləşən sənaye obyektləri, hərbi infrastruktur və enerji obyektlərini hədəf alır./Milli.az