• Bakı 17° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib - YENİLƏNİB

DÜNYA

26 Aprel 2025 | 17:53

ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib - YENİLƏNİB

ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İranın dövlət televiziyası Omanda keçirilən danışıqların üçüncü raundunun başa çatdığını bildirib.

***12:36

ABŞ və İran arasında yüksək səviyyəli birbaşa olmayan görüşün üçüncü raundu texniki məsləhətləşmələrdən sonra aprelin 26-da Omanın paytaxtı Maskatda başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, iki ölkənin mütəxəssislərindən ibarət heyət İran nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edəcəklər.
Məlumata görə, siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Ərakçi ABŞ təmsilçilərinə isə prezidentin xüsusi səfiri Stiven Uitkoff rəhbərlik edir.

Mütəxəssislərin danışıqlarına ABŞ-ni Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, İranı isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.

İlkin olaraq ekspertlər səviyyəsində məsləhətləşmə görüşü Maskatda aprelin 23-də keçirilməli idi. ABŞ administrasiyası Omanvasitəsilə məsləhətləşmələri təxirə salmağı istəyib. Onlar da bu təklifi İrana çatdırıblar. ABŞ nümayəndələri təxirə salınmanı "logistik çətinliklərlə" izah ediblər. Mənbənin bildirdiyinə görə, Maskata gəlməyi planlaşdıran ABŞ nümayəndə heyətinin üzvləri Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Taninin Vaşinqtona səfəri səbəbindən planlarını dəyişməyə məcbur olublar.


SON XƏBƏRLƏR